Siyasət 12 May 2023, 15:07 | Baxış sayı: 227
“Paşinyanın qaçası yeri yoxdur”

“Son günlər sərhəddə baş verən təxribatların bir sıra səbəbləri var. Düşünürəm ki, bu təxribatlar sadəcə danışıqların gündəliyini dəyişmək məqsədilə törədilir. Çünki Paşinyan çıxılmaz vəziyyətdədir. Bir yandan ona Rusiya təzyiq edir. Digər tərəfdən isə o, Vaşinqtona və Brüsseldə Şarl Mişelə yox deyə bilmir. Ona görə də, bu cür təxribatlarla danışıqların gündəliyini dəyişməyə çalışır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Rasim Musabəyov deyib. 

Deputat vurğulayıb ki, Vaşinqtonda müəyyən irəliləyiş üçün hazırlıq işləri gedirdi və bu da Rusiyanı qane etməyən bir məsələdir:

“Paşinyan oradakı müzakirələrdən qaçmaq üçün çalışacaq ki, gündəliyi daha çox sərhəddə olan vəziyyətə yönəltsin. Bunun üçün vacib olan məsələ danışıqları Laçın sərhəd-buraxılış məntəqəsinə yönəltməkdir.  

O, istəyir ki, bütün danışıqlar sərhəddə olan gərginliyə fokuslansın. Yəni, “gəlin, bunların qarşısını alaq, sülh gözləyə bilər”. 

Düşünürəm ki, məqsəd budur və cılız məqsəddir. Əslində, Paşinyanın qaçası yeri yoxdur, danışıqları uzatmaqla da, heç nə əldə edə bilməyəcək. Ancaq konkret olaraq onun may ayı üçün gündəliyi ondan ibarətdir ki, məsələlər sərhədlə bağlı olsun və ora Avropanı gətirsin. Oradakı nümayəndələrin sayını çoxaltsın. Düşünmürəm ki, buna nail olacaq”.

Xəbərlər