Siyasət 25 Aprel 2023, 15:15 | Baxış sayı: 233
"Fransa bizə deyir ki, qapılar açılmalıdır, ermənilər necə istəyir gedib-gəlməlidir"

"Azərbaycanlı ekofəallar Xankəndi-Şuşa yolunda aksiyaya başlayandan sonra artıq biz Laçın yoluna nəzarəti həyata keçirirdik. Lakin ermənilər bundan sonra torpaq yollardan istifadə etməyə başladılar". 

Demokrat.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisinin deputatı Rasim Musabəyov ötən gün Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması məsələsini şərh edərkən deyib. 

Deputat qeyd edib ki, Azərbaycan tərəfi bu addımı təxminən yarım ildən çoxdur atmağa hazırlaşırdı:

"Hətta, təkliflər də səslənmişdi ki, "gəlin, bu işi bir yerdə görək". Lakin onlardan heç bir müsbət cavab ala bilmədik. Çox sevindirici haldır ki, Azərbaycan artıq bu addımı atdı. 

Hazırda Fransanın sərsəm reaksiyasını müşahidə edirik. Onlar bizə deyirlər ki, qapılar açılmalıdır, ermənilər necə istəyir gedib-gəlməlidir və heç bir məhdudiyyət olmamalıdır. 

Düşünürəm ki, onların bu reaksiyasına heç cavab verməyə dəyməz. 

O ki, qaldı Rusiyanın çağırışlarına, hesab edirəm ki, artıq məsələ həllini tapıb. Hamı anlayır ki, geriyə addım yoxdur. Bundan sonra biz həm rus sülhməramlılarıyla, həm də orada yaşayan ermənilərlə yeni vəziyyətdə münasibətlərimizi müzakirə edəcəyik və müəyyən məsələlərdə də qərarlaşacağıq". 

Xəbərlər