Siyasət 8 Sentyabr 2023, 10:28 | Baxış sayı: 164
"Paşinyan siyasi gedişlər edir və proseslərdən yayınmağa çalışır"

"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazırdır".

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.

O qeyd edib ki, Ermənistan Brüssel və Praqada əldə olunmuş razılaşmalara, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir. 

“Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar absurd bəyanatlar verir. Bunlardan biri qondarma qurumun ildönümü ilə bağlı təbrikidir. Dağlıq Qarabağ ərazisi və Şaumyan rayonunun torpaqlarından ibarət qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması SSRİ Konstitusiyasına zidd idi”.  


Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. 

O bildirib ki, Paşinyanın bir-birinə zidd açıqlamaları daxili və xarici auditoriyaya hesablanmış bir siyasətdir: 

“Ermənistan tərəfi havadarlarından istifadə edərək bu gün Rusiyaya qarşı bəyanatlar da verir. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmağını qabardaraq şərti sərhəddə təxribatlar törədirlər. Təki nəyin bahasına olursa, olsun, sülh müqaviləsinin imzalanması uzansın və mövcud status-kvonu saxlasınlar. Bu ikili siyasət ABŞ, Rusiya və Avropa İttifaqı müstəvisində gedən danışıqlara kölgə salır. Qarabağdakı separatçı qurumla Azərbaycan arasında baş tutacaq danışıqlarda beynəlxalq tərəflərin iştirakını istəyirlər. Bu da absurddur. Hesab edirəm ki, riyakar açıqlamalar verməklə Paşinyan siyasi gedişlər edir və proseslərdən yayınmağa çalışır”.

demokrat.az

Xəbərlər