Siyasət 30 Mart 2023, 17:44 | Baxış sayı: 137
"Paşinyan Putini yenə də satdı"

“Mayasında xəyanət, satqınlıq olan bir milləti düz yola vadar etmək, çirkin əməllərindən çəkindirmək çox çətindir. Ermənilərin timsalında tarix bunu sübut edib. Dünyanın bir çox mütəfəkkirləri, siyasətçiləri ermənilərin oğru, həqiqətən də dönük, yalançı, xəyanətkar, zalım olduqlarını dönə - dönə dilə gətirib, onların nadanlığını, şərəfsizliyini, dosta arxadan zərbə vurduqlarını göstəriblər”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, azərbaycanlılar, türklər də bu xəyanətlərin ağrılarını zaman - zaman yaşamışlar və bu gün də həmin xəyanətkarlarla üz - üzədirlər: “Ermənilər bir əsrdən çoxdur ki, qondarma erməni soyqırımı ilə Türkiyəni mühakimə etməkdədilər. Halbuki onlar keçən əsrin əvvəllərində türk xalqına qarşı xəyanət yolunu tutub, soyqırım törədiblər. Tarixi torpaqlarımızda özlərinə dövlət yaratmış, azərbaycanlıların başına isə uzun illər müsibətlər gətirmiş 30 il torpaqlarını işğal altında saxlayaraq, şəhər və kəndlərini, mədəni dini, tarixi abidələrini tamamilə məhv ediblər. Qoynunda qonaq kimi yer verdiyi, süfrəsinin başında oturdulan ermənilərdən illər boyu xəyanət görən, təcavüzə məruz qalan azərbaycanlıların çəkdikləri əzab - əziyyətlər hesabagəlməzdir. Nəinki Azərbaycan, ermənilərə dövlət quran, onları daimi himayə edən, qoruyan, yedizdirən, qayğılarını çəkən Rusiya da bu gün erməni xəyanətinin burulğanındadır. Öz ağalarını düşmən, dönük gözündə görən ermənilər ruslara qarşı ən çirkin əməllər törədir ki, bu da ən böyük xəyanətdir. Paşinyan hakimiyyəti anti - Rusiya təbliğatını gücləndirməklə Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq, Qərbi regiona gətirmək siyasətini davam etdirməkdədir”.                   

 

T.Rzayev vurğulayıb ki, Ermənistan onu bəsləyən Rusiyaya açıq - aydın xəyanət yolunu tutub və ruslara meydan oxumaqdadır: “İş o yerə çatıb ki, bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab edib, bununla da Putinin Ermənistana səfərinin qarşısına sədd çəkib. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanıması Rusiyaya ən böyük xəyanətdir, Putinə ən böyük hörmətsizlik olmaqla, ruslara nifrət, etinadsızlıq və dönüklükdür. Paşinyan Putini satmaqla kəskin nifrətini ifadə edib bir daha Qərbin etimadını qazanmaq fikrindədir. Əlbəttə bu fikir, təşəbbüs Rusiyanın maraqlarına, mənafeyinə tamamilə ziddir və gələcək üçün yaxşı heç nə vəd etmir. Rusiya hakimiyyəti Ermənistanın hərəkətlərinə göz yummaqla, ciddi əhəmiyyət verməməklə Cənubi Qafqazda dayaqlarını itirməkdə, ən əsası isə nüfuzdan düşməkdədir. Bu isə bir dövlətin çökməsidir, uğursuzluğudur. Xəyanətin cavabı mütləq verilməlidir, dönük cəzalandırılmalıdır. Bu qədər səbir etmək, arxadan sancılan xəncərin ağrılarına dözmək xəyanətkara imkan yaratmaq, siyasətdə uduzmaq, itirməkdir. Rusiya hadisələri, gedişləri, xəyanətləri obyektiv qiymətləndirməlidir”.

Xəbərlər