Siyasət 19 İyun 2023, 15:27 | Baxış sayı: 84
“Paşinyan anlayır ki, Türkiyə ilə münasibətləri bərpa etmək lazımdır”

"Ağrı dağının Ermənistanın dövlət rəmzlərində əksini tapması, zamanla bununla bağlı fikirlərin bildirilməsi, təbliğatın aparılması bir daha bunu göstərir ki, Ermənistan rəsmiləri yanlış yoldadırlar. Paşinyan bunu anlayır ki, Türkiyə ilə münasibətləri bərpa etmək üçün belə avantürist addımlardan uzaq olmaq lazımdır. Ona görə də, bununla bağlı müəyyən bəyanatlar verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, bu bəyanatların verilməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmır:

"Düşünürəm ki, belə bir bəyanatın verilməsinə ehtiyac var. Əlbəttə, bu, yetərli deyil. 

Ermənistan tərəfindən gözləntilər ondan ibarətdir ki, bunun davamı gəlsin. Ancaq Ermənistan cəmiyyətində bu məsələlərə ciddi müqavimət var. Çox ciddi yenə təxribat dolu açıqlamalar səsələndirilir. 

Hesab edirəm ki, bütün hallarda Ermənistan rəsmisinin belə bir açıqlama verməsi çox önəmlidir və gələcəkdə Ermənistan-Türkiyə münasibətlərinin formalaşmasına, normallaşmasına və bölgəyə sülhün gəlməsinə öz töhfəsini verə bilər. Amma daha cəsarətli və ciddi addımlar atılmalıdır. Bunlar baş vermədən Ermənistanla münasibətlərin normallaşması qeyri-mümkündür".

Xəbərlər