Plenar iclaslar, Qanun Layihələri 23 Noyabr 2021, 18:11 | Baxış sayı: 221
Parlamentdə 2022-ci ilin dövlət büdcəsi, DSMF və İSF-nin büdcəsi ikinci oxunuşda qəbul edilib

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 306 770 072,0 manat, xərclərinin 5 306 770 072,0 manat məbləğində təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Xəbərlər