Parlament Şuşa Bəyannaməsini təsdiqləyib.
Plenar iclaslar,
Qanun Layihələri
1 Fevral 2022, 14:25 | Baxış sayı:
258
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.