Ümumi 15 Yanvar 2024, 18:38 | Baxış sayı: 191
"Ötən üç il mediada müsbət dəyişikliklərin baş verdiyi dövr sayıla bilər"

Medianın İnkişafı Agentliyinin yeni struktur kimi ilk işi "Media haqqında" Qanunun qəbul edilməsində göstərdiyi intensiv və səmərəli fəaliyyət oldu. Bu sahədə nizamlanma hüquqi cəhətdən qaydasına düşdü. Mətbuat Şurasının işinin canlanmasına müəyyən töhfələri oldu". 

Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, bu gün də əməkdaşlıq parametrləri kifayət qədər qaneedicidir:

"Mətbuatın inkişafı peşəkar təhsil səviyyəsi fonunda qabardıldığına görə Agentlik bu məsələdə xüsusi rol oynamaqda məsuliyyət daşıyır. Hələ ki jurnalist təhsili və peşəkarlığı məsələsində müəyyən axsamalar var. Lakin bütövlükdə keçirilən müsabiqələr, problemlərə şəffaf yanaşma, media subyektləri ilə kommunikasiyanın daha səmərəli qurulması təqdirəlayiqdir.Ötən üç il mediada müsbət dəyişikliklərin baş verdiyi dövr sayıla bilər"

demokrat.az
 

Xəbərlər