Cəmiyyət 26 Sentyabr 2022, 13:34 | Baxış sayı: 217
"Ölkəmizdə söz azadlığı üçün şərait var, vətəndaşlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər"

Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, fikir, söz və məlumat azadlığı, plüralizm üçün kifayət qədər şərait var. Vətəndaşlar fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər: "Ölkəmizdə mətbuat azadlığı mövcuddur. Vətəndaşların bununla bağlı münasibətlərini bildirmələri üçün heç bir problem yoxdur. Düzdür, zaman-zaman müxtəlif iddialar səslədirilib. Əminliklə deyə bilərik ki, dövlət mətbuatın azadlığı üçün lazım olan hər cür şəraiti yaradıb, bu gün də yaradır. Azərbaycan bu sahədə irəlidədir. Sadəcə olaraq, mətbuatın bir hissəsi plüralizmi, mətbuat azadlğını səhv anlayırlar. Bir sıra hallarda da yanlış addımlar atdıqlarının, məsələlərə düzgün yanaşılmadığının şahidi oluruq. Əlbəttə ki, bu da vətəndaşlarımız tərəfindən normal qarşılanmır. Burada bir incə sərhəd var. Bu incə sərhədi heç kim keçməyə çalışmasın”.

Xəbərlər