Cəmiyyət 26 İyul 2022, 17:52 | Baxış sayı: 224
"Ölkədə “patı”ya qarşı təbliğat işi aparılmalıdır".

““Patı” hazırda çox aktual bir problemdir. Bununla bağlı universitetlərdə, orta ümumtəhsil müəssisələrində ciddi maarifləndirməyə ehtiyac var. Təkcə qızlar arasında deyil, oğlanlar arasında da çox ciddi təbliğat işi aparmaq lazımdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətə götürməlidirlər: “Valideyn “patı”nın insan həyatına, taleyinə, orqanizminə ağır zərbə vurduğunu övladına izah edir. Lakin təkcə valideynlərin təbliğat aparması, valideyn sözü yetərli deyil. Məsələn, bununla bağlı müxtəlif roliklər çəkilməlidir. Bu roliklərdə “patı”nın mənəviyyata vurduğu zərbələr, ziyanları, insana çəkdirdiyi acılar, insan taleyində ciddi çatlar əmələ gətirməsi əksini tapmalı, mətbuatda, televiziyada işıqlandırılmalıdır. Qeyri Hökumət Təşkilatları məsələ ilə bağlı müxtəlif sosial layihələr işləməlidirlər. Gənclər və İdman Nazirliyi ciddi layihələr həyata keçirməlidir. Bu məsələdə koordinasiyalı şəkildə iş aparılması mütləqdir. Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin xətti ilə də ölkədə “patı”ya qarşı təbliğat işi aparılmalıdır”.

Qeyd: “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, gənc qızlara arıqlamaq adı ilə patı verirlər, bu isə zəhərlənmə ilə nəticələnir. Toksikoloqlara bu cür çox sayda xəstə müraciət edir.

Xəbərlər