"O jurnalistin yazdıqlarında bircə həqiqət var. O da Ukraynada təhsil almağımdır" .
"O jurnalistin yazdıqlarında bircə həqiqət var. O da Ukraynada təhsil almağımdır" .
Bu sözləri "Meclis.info" ya haqqında yayılan xəbərə münasibət bildirərkən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Dünən jurnalist Samir Feyruzov Rüfət Quliyevin Ukraynaya səfir göndərilməsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın səhhətində ciddi problemlər olduğundan Səfirliyin başsız qalması arzuolunan hal deyil: "Rüfət Quliyev ali təhsilini Ukraynada alıb. O, hazırda Azərbaycan parlamentinin reputasiyası zədəli biznesmen deputatları sırasındadır. Ölkənin siqaret-tütün monopoliyası Quliyevin nəzarətindədir".
Deputat isə xəbəri təkzib edib. O, bildirib ki, jurnalist məlumat yayarkən daşıdığı məsuliyyəti dərk etməlidir.
"Mənimçün maraqlıdır ki, o, bunu hardan götürüb. Ayıbdır axı" - deputat əlavə edib.
Rüfət Quliyev sonda xanım səfirin öz vəzifəsini uğurla yerinə yetirdiyini qeyd edib.
Meclis.info