“Niyə gömrükdən 50 min, 100 min gizlədən şəxs onun 3 misli cərimələnir, amma dövlətə vurduğu ziyana görə cərimələnmir?”
Plenar iclaslar,
Qanun Layihələri
15 Aprel 2022, 14:24 | Baxış sayı:
287
“Niyə gömrükdən 50 min, 100 min gizlədən şəxs onun 3 misli cərimələnir, amma dövlətə vurduğu ziyana görə cərimələnmir?”
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, bu məsələyə baxılsa, yaxşı olar: “Dövlətə dəymiş ziyana görə cərimələnmə də qanunvericilikdə nəzərə alınmalıdır. Belə olan halda həm dəymiş ziyan, həm də buna görə cərimə ödənilərdi”.