Cəmiyyət 6 Yanvar 2023, 12:51 | Baxış sayı: 149
“Nəinki məmurlar və ya onların qohumları, sıravi vətəndaşlar belə qanundankənar yolla vəsiqəni almağa cəhd edirlər…”

“Son zamanlar artan qəzaları təkcə bir aidiyyatı qurumun nöqsanı kimi deyil, həm də vətəndaşların etinasızlığı kimi qiymətləndirmək lazımdır. Hazırda, bəlkə də, az sayda insan özü imtahan verib, sürücülük hüququna yiyələnir. Onlar da daha çox praktiki olaraq, yəni istifadə edə-edə öyrənməyə üstünlük verirlər. Bu da qəzalara səbəb olur. Mən sürücülük vəsiqəmi 2004-cü ildə almışam və imtahan vermişəm. İndi nəinki məmurlar və ya məmur qohumları, hətta sıravi vətəndaşlar belə qanundankənar yolla vəsiqəni almağa cəhd edirlər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat hesab edir ki, ən böyük problemdən biri sürücülük məktəbləridir: “Çünki bu məktəblərdə sürücülər hazırlanmır. Məktəblə gələcək sürücünün təması, demək olar, yox səviyyəsindədir. İstərdim ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən zəruri bilikləri olmalıdır ki, bu bilgilər sürücülük hüququna yiyələndikdə daha çox yararlı olsun. Sürücülük hazırlığı ilə bağlı məsələdə müəyyən problemlər var. Xüsusi dövlət proqramında sürücülük hazırlığı ilə bağlı məsələlərə yenidən baxılıb, təkminləşdirilməsi vacibdir”.

Xəbərlər