Ümumi 19 İyun 2023, 17:31 | Baxış sayı: 97
"Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr?"

“Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, artırın təyyarələrin sayını”.

 

Bunu deputat Fazil Mustafa bildirib.

 

“Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir?  Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir”, - F.Mustafa qeyd edib.

Mənbə: pravda.az

Xəbərlər