Cəmiyyət 7 İyun 2022, 16:42 | Baxış sayı: 237
"Naxçıvana təyyarə biletinin qiyməti 30 manata endirilməldir".

“Naxçıvan əhalisi vacibdir, ya AZAL? Kim daha yaxşı təmin olunmalıdır? Əlbəttə, AZAL, Naxçıvan əhalisi onsuz da otuz ildir ki, erməni zülmündən işgəncə çəkir, blokadadadır. Fikirləşirlər ki, əhali onsuz da əziyyətə öyrəşib, bir az da artırsaq, nə olacaq ki? Bir az da əziyyət çəkərlər, heç bir problem yoxdur. Heç olar ki, AZAL əziyyət çəksin?”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvana təyyarə biletlərinin qiymətlərinin artırılmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, yalnız Naxçıvana olan təyyarə biletlərinin qiyməti deyil, ümumiyyətlə, bölgədə olan bütün reyslər bahalıdır: “Bunun da səbəbi budur ki, qurum yalnız öz rentabelliliyini düşünür və vətəndaşların hansı vəziyyətə düşməsi isə onları qəti maraqlandırmır. İstanbul reysi də on qat bahadır. O da Naxçıvandır? Berlin, Paris də Naxçıvandır? Hamısının resyləri Gürcüstandakından on qat bahadır. Buna görə də əhali istifadə edə bilmir.  Belə məntiqsiz bir vəziyyətdə qalmışıq. Burada, sanki, düşünülür ki, Naxçıvan əhalisinə 10 manat da ziyan vurulsa, daha yaxşı olar, çünki belə olduqda yoxsul insanlar gəlib-gedə bilməz. Məsələnin mahiyyəti budur, başqa adı yoxdur. Qərar tamamilə məntiqsizdir və əslində bu qiymət 30 manata endirilməldir. 50 manatın özü də çox idi... Qoy Naxçıvana yol açılsın, nə qədər bahalaşdırırsan, bahalaşdır! Denən ki, təyyarə artıq lüksdur kimin vacib işi varsa, o gedə bilər. Amma indi sənin alternativ yolun yoxdursa, imkanı olmayan, xəstə, əlil adam nə etməlidir? Bu, əhaliyə əziyyət və Naxçıvan sakinlərini dövlətdən narazı salmaq üçün məqsədyönlü şəkildə düşünülmüş bir addımdır.”

Xəbərlər