“Nasizm Avropa üçün ciddi təhlükədir”
“Nasizm təhlükəli bəladır. Fransa polisinin Əlcəzair əsilli vətəndaşı öldürməsi bu ölkədə nasizmin cərəyan etdiyini, gündən - günə şaxələndiyini göstərir. Artıq bu xətt Fransanın dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir və ölkənin hakim dairələri nasizm ideologiyasını genişləndirməklə irqi ayrı seçkilik pərdəsi altında öz hakimiyyətlərinin ömrünü uzatmaq fikrindədilər. Fransa əsrlərlə bu yolun yolçusu olmuş, insan hüquqlarının müdafiəsi şüarları ilə özünün mənfur siyasətini uzun illər davam etdirmiş, dünyanın bir çox ölkələrində kütləvi insan qırğınları törətmişdir. Əlcəzair xalqının başına gətirilən müsibətlər və bu gündə həmin faciələrin törədilməsi bir daha sübut edir ki, Fransa dövləti nasizm ideologiyasına sadiqliyini davam etdirir və insan faciələrinin tərəfdarıdır. Ölkə Prezidenti Emmanuel Makronun, bir çox siyasi dairələrin, parlament üzvlərinin fəaliyyətində müşahidə olunan nasizm əlamətləri, terrorçuluq, sui - qəsd, münaqişələrə təhrikçilik faktları deməyə əsas verir ki, Fransa demokratiya, azadlıq, insan faktları normalarına tərəfdar deyil, əslində ölkələr arasında müharibələrin, qarşıdurmaların, insan tələfatlarının baş verməsinin marağındadır”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.
“Son otuz ildə Azərbaycana münasibət də bu özünü aydın göstərdi və bu mənfur, çirkin siyasət bu gündə davam etdirilməkdədir. Təcavüzkar, terrorçu, xəyanətkar bir dövləti - Ermənistanı dəstəkləməklə, ona maddi - mənəvi, hərbi yardım göstərməklə Fransa dövləti, şəxsən Makron təcavüzkarların yanında olduğunu nümayiş etdirir və bunu dünya ictimaiyyətinə sülhü, əminamanlığı bərpa etmək məqsədi kimi sırımaq istəyir. Ancaq öz ölkəsində nasizmə geniş meydan açan, əminamanlığı təmin edə bilməyən, xalqın nifrətini qazanan Makron kimi siyasətçilər heç bir dövlətə, xalqa sirkin əməlləri ilə xoşbəxtlik, sülh bəxş edə bilməzlər. Fransada nasizmin belə geniş yayılması sözsüz ki, Avropa ölkələri üçün çox təhlükəlidir. Bu gələcək üçün yaxşı heç nə vəd etmir. Bu barədə dünya ölkələri, siyasi rəhbərlər ciddi düşünməli, xalqların faciəsi üçün yaranan təhlükənin qarşısı vaxtında alınmalıdır”, - T.Rzayev qeyd edib.