Cəmiyyət 29 Sentyabr 2022, 12:30 | Baxış sayı: 219
“Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim”

“Yazdığım bütün statusların altında “Qum şəbəkəsi”nin muzdluları çox sayda gülüş atırlar. Çox sevindim. Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim. Sizi beləcə addım-addım tərbiyələndirəcəyəm”.

 

Bunu deputat Fazil Mustafa özünün sosial media hesabında bildirib.

 

“Bunların məktəbi zərrə qədər də olsun tərbiyə öyrətməyib. Bizim milli məktəbdə qısa zamanda siz qanıpozuqları Azərbaycana xəyanət edənlərdən, onu sevənlərə çevirəcəyik. Ya əhliləşəcəksiniz, ya da əhliləşəcəksiniz!” – deputat qeyd edib.

Xəbərlər