Cəmiyyət 17 Avqust 2022, 15:23 | Baxış sayı: 214
“Ən azı iki seçkidə iştirak etməyən partiyanın qeydiyyatına məhkəmə qaydasında baxıla bilər”.

Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini təqdim edib.

Deputat bildirib ki, onların təkliflərində partiya üzvlərinin sayının artırılması nəzərdə tutulub: “Yəni partiyaların hərtərəfli kadr bazasını formalaşdırmaq mümkün olsun. Bunu tələb kimi qoyanda, artıq partiyalar üzvlük məsələsinə ciddi yanaşırlar”.

Partiya sədrinin sözlərinə görə, digər təklif seçkidə iştirak məsələsi ilə bağlıdır: “Ən azı iki seçkidə iştirak etməyən partiyanın qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar daha çox seçki indeksinə fokuslana bilsinlər”. Fazil Mustafa bildirib ki, üçüncü təklifləri partiyalar üçün parlamentdə fraksiya yaratma məsələsinin araşdırılması ilə bağlıdır.

Mənbə: Turan İnformasiya Agentliyi

Xəbərlər