Plenar iclaslar, Qanun Layihələri 3 Dekabr 2021, 15:16 | Baxış sayı: 275
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.

Bu, “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Xəbərlər