Plenar iclaslar 14 İyul 2023, 16:47 | Baxış sayı: 158
"MSK üzvlərinin səlahiyyətlərini müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdimək lazımdır"

Milli Məclisin deputatı Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə diplomatik pasport verilməsini təklif edib.

 Deputat bildirib ki, həmin qurumun üzvlərinin heç birinin diplomatik pasportu yoxdur.

"Hansı ölkəyə seçkiləri müşahidə etmək üçün gedirsən, görürsən ki, MSK-nın üzvləri orada iştirak edir, hər ay səfərdədirlər. Ancaq onlara bu imtiyaz verilmir. Onsuz da bizdə deputat da daxil olmaqla, səlahiyyət müddəti başa çatandan sonra diplomatik pasport geri alınır. Lakin Türkiyə və başqa yerlərdə bu qalır. Bu məsələ üzərində düşünülməlidir. MSK ciddi səlahiyyətli bir qurumdur. MSK üzvlərinin səlahiyyətlərini müəyyən dərəcədə diplomatik pasportla təmin olunmasını gerçəkləşdimək lazımdır", - deputat vurğulayıb.

report.az

Xəbərlər