Plenar iclaslar 17 Mart 2023, 13:23 | Baxış sayı: 92
"Məscidlərin maliyyələşdirilməsində müəyyən çətinliklər var"

"Bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların bir sıra kommunal xərclərinin ödənilməsində müəyyən çətinliklər var".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi problemlərin həllinə çalışır, müəyyən addımlar atır: “Ancaq sözügedən məsələnin sistemli həllinə ehtiyac var. Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu maliyyələşdirməni etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışır”.

C.Məmmədov eyni zamanda bölgələrdəki məscidlərin sürətli şəkildə bərpasına ehtiyac olduğunu da vurğulayıb.

Xəbərlər