"Məqsədləri öldürmək idi..."
Siyasət
29 Mart 2023, 12:07 | Baxış sayı:
153
Dünən axşam saatlarında sui-qəsd cinayətinə məruz qalan Fazil Mustafa açıqlama verib.
Gununsesi.info-ya danışan deputat bildirib ki, ona ilk güllə çiynindən dəyib:
“Görünür, izləyiblər. Evə çatanda pultla darvazanı açdım. Maşını içəriyə salmaq istəyəndə çiynimdən güllə dəydi. Bir neçə atəş açıldı. Özümü itirmədim . Məqsədləri öldürmək idi, həyətə daxil oldum. Uşaqlar qapını bağladı. Düşündüm ki, evə də soxula bilərlər. Sonra qardaşım oğlu gəldi və məni xəstəxanaya apardılar”.
Fazil Mustafa bu terrorun üstünün açılacağına inandığını da əlavə edib:
“Hazırda vəziyyətim yaxşıdır. Hüquq-mühafizə orqanları çalışır, bütün versiyalar araşdırılır”.