Plenar iclaslar, Qanun Layihələri 3 Dekabr 2021, 13:03 | Baxış sayı: 249
"Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, 2-3 dəfəlik artım olmayıb”.

“Mən ötən dəfə rüsumların, cərimələrin artırılmasının əsaslandırılmasını xahiş etmişdim. Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, 2-3 dəfəlik artım olmayıb”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, hər bir deputat məsuliyyətli olmalıdır: “Layihədə dəyişikliklər, rəqəmlər göz önündədir. Bu rəqəmlərin hamısını yazmağa hövsələm çatmadı. 50-100 faiz aralığında rüsumların artımı göz önündədir. Komitə sədri hansı əsasla deyir ki, artım yoxdur?”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, S. Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi, ona cavab olaraq da, layihədə 3 dəfəlik artımın olmaması, artımın ortalama 30-40% arasında olması deyilib: “İndi dedikləri isə fərqli rəqəmlərdir. Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.

Xəbərlər