Sosial 19 Avqust 2022, 13:00 | Baxış sayı: 164
"Mən də dildə çörəyin bahalaşacağını eşitmişəm, amma..."

Rusiya-Ukrayna müharibəsi də taxılın qiymətinə təsir edir. Hesab edirəm, dünya bazarında qiymətlər yenidən qalxa bilər. Ölkəmizdə çörəyin qiyməti qalxa da bilər, qalxmaya da bilər. Hələlik, taxılımız da var, işimiz gedir, məhsul da alırıq…”


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.


“Çörəyin bahalaşacağı ilə bağlı səslənən fikirlər fərziyyədir. Biz də bilirik, çörək, taxil çox vacib nemətdir. İnsan qidasının əsas məhsuludur. Mən də dildə bahalaşacağını eşitmişəm, amma dövlət səviyyəsində hələ rəsmi məlumat eşitməmişəm”, - deputat bildirib.

 

 

 

Xəbərlər