Sosial 20 Oktyabr 2022, 13:03 | Baxış sayı: 210
"Ümid edirəm ki, “Azəriqaz” real iş görüb, insanları narahat edən məslələrin həllində iştirak edər"

“Havalar soyuyur, qışa doğru “Azəriqaz”dan şikayətlər daha da artır. Dəfələrlə səsləndirilib ki, real iş görmək lazımdır, sosial şəbəkələr reklam üçündür və s. Amma heç bir irəliləyiş yoxdur. Qış gəlib, qapımızdadır. Təəssüf ki, kəndlərin qazlaşdırılmasına hələ də başlanılmayıb. Həm də qazlaşmış məntəqələrdə yeni məhəllələrin qazlaşdırılması problemi də qalıb. Vətəndaşların bu qurumla bağlı müraciətləri artmaqdadır. Ümid edirəm ki, “Azəriqaz” real iş görüb, insanları narahat edən məslələrin həllində iştirak edər”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat “Azəriqaz”a deputatların şikayətləri çatdırılır: “Şikayətləri quruma çatdıra bilirik. Məsələ şikayətin çatdırılması ilə bağlı deyil. Biz deputat olaraq vətəndaşları dinləyib, onların müraciətlərini müvafiq təşkilatlara çatdırırıq. Vətəndaş üçün maraqlı olan onun probleminin həllidir. Problemi həll olunmayanda biz də çıxılmaz vəziyyətdə qalırıq...”

Xəbərlər