Cəmiyyət 18 Fevral 2022, 17:30 | Baxış sayı: 258
“Mən ciddi adamam, belə işlərə baş qoşmuram”.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib.

Bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.

“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.

Xəbərlər