"Mən BNA-nın fəaliyyətindən daim narazı olmuşam".
Cəmiyyət
8 Fevral 2022, 13:07 | Baxış sayı:
254
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:
"Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun qoluna da. Xeyir xəbər olasan”.
Rufət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə tam doğru addımdır: "Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam".