Cəmiyyət 14 Sentyabr 2022, 13:06 | Baxış sayı: 153
"Məmurların, vəzifəlilərin turizmi inkişaf etdirmək marağı yoxdur"

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa söyləyib ki, turizm sahəsində fərdi layihələrin həyata keçirilməsinə dəstək üçün Agentliyə müraciət etmək sadəlövhlükdür.

 

“Milli Məclisdə çıxışım zamanı qeyd etmişdim ki, turizm sektoru inhisardadır. İdman turizmi ilə bağlı ciddi bir layihəyə dəstək üçün mənə müraciət etmişdilər. Uşaq idmanının inkişafına təkan verəcək, maraqlı və perspektivli plandan söhbət gedirdi. Bütün sənədlərlə birlikdə agentliyə müraciət etdik, amma heç bir faydası olmadı. Dəstək ala bilmədik. Ona görə də, boşuna elanlara aldanıb, müraciət etməsinlər. Hamısı mənasız addımlardır, statistika üçün verilən elanlardır. Turizmi inkişaf etdirmək barədə məmurların, vəzifəlilərin marağı yoxdur. Atılan addımlar isə statistika xatirinədir. Azərbaycanda turizmin inkişafına həqiqətən maraq olarsa, böyük gəlir əlmək etmək mümkündür. Süni şəkildə maneçilik var. Ona görə, insanlar gözləsinlər, əgər iş görmək fikirləri olarsa, təkcə vətəndaşların təşəbbüsü ilə böyük addımlar atılacaq”, - deyə deputat Dövlət Turizm Agentliyinin fəaliyyətini tənqid edib. 

 

Problemin Milli Məclisdə qaldırılması məsələsinə gəlincə, F.Mustafa belə bir addımın xeyri olacağına inanmır: “Əhaliyə pul qazanmaq üçün imkan yaratmaq lazımdır. Gözəl sözlərlə baş qatmaq lazım deyil. “Azərbaycanda 11 iqlim qurşağının 9-u var” deyə-deyə, az qalırlar, havaya görə də haqq alsınlar”.

 

Mənbə: Modern.az

Xəbərlər