KOMİTƏ İCLASLARI 4 Noyabr 2022, 16:20 | Baxış sayı: 144
"Məktəblərimizin qorunmasına o qədər də ehtiyac yoxdur"

“Bəlkə də Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərinin ilk üçlüyündədir”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, o cümlədən də məktəblərimizin o qədər qorunmasına ehtiyac yoxdu: “Sadəcə olaraq məktəblərdə nizam-intizamın qorunması, dövlət əmlakına ziyan vurulmaması və s ilə bağlı işlər görülür. Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub və buna uyğun olaraq da qanunlarımızı buna uyğunlaşdırmalıyıq. Amma bunu milli qanunvericiliyə uyğun şəkildə etməliyik. Azərbaycan dövləti hər zaman bu prinsipdən çıxış edir”.

Mənbə: apa.az

Xəbərlər