Ümumi 27 Fevral 2023, 14:29 | Baxış sayı: 109
“Məktəb direktorlarının təyinatı tam şəffaf və tapşırıqsız həyata keçirilməlidir”

“Bir neçə gün bundan əvvəl Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla kollektiv arasında baş vermiş qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu göstərir. Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, ciddi araşdırmalar aparılaraq, ayrı-seçkiliyə yol verilmədən, tam şəffaf və tapşırıqsız həyata keçirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

“Son hadisə ağıllara belə bir sualı da gətirir - neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var? Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə bir daha göstərdi ki, prosesə yenidən baxılaraq, bu vəzifəyə uyğun olmayan, dolayısı yollarla direktor təyin olunan şəxslər mütləq vəzifədən uzaqlaşdırılmalıdır”, - deputat bildirib.

Xəbərlər