Plenar iclaslar 18 Oktyabr 2022, 13:54 | Baxış sayı: 214
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik birinci oxunuşdan keçib

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər