İqtisadiyyat 6 Yanvar 2023, 13:26 | Baxış sayı: 176
"Minimum aylıq əməkhaqqının artması insanların rifahına müsbət təsir edəcək"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev minimum əmək haqqının artırılmasının fərdi sahibkalara mənfi təsir edəcəyi ilə bağlı fikirlərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, başqa ölkələrdə norma götürəndə, təxminən, 4,5%-dən 8%-ə qədər fərdi sahibkarlıqla məşğul olurlar.

 

R.Quliyev bildirib ki, minimum əmək haqqının artması sosialyönümlü addımdır və cənab Prezident də bu addımı atıb: “Hamı gözləyirdi, hamı istəyirdi ki, maaşlar, müavinətlər, təqaüdlər artsın, eyni zamanda təqaüdlərə verilən maliyyə də artsın. Bu qərar üst-üstə ən az 2 milyon insana maliyyə cəhətdən müsbət formada təsir edəcək, 700 min adamın maaşı artacaq. Minimum əmək haqqının artması vahid tarif sistemi ilə götürəndə bütün məbləğlərə təsir edəcək, yəni bütün insanlar udacaq. Bəli, sahibkarlar, gərək, müəyyən qədər işlərini elə qursunlar ki, öz işçilərinin maaşlarını nəzərə alsınlar, minimum maaşı artırsınlar. Mən burda elə böyük bir ziddiyyət görmürəm. Minimum əmək haqqının artması insanların rifahına müsbət təsir edəcək. Belə bir məsələ var – sosial məsələlərin həllinə başqa formada necə çata bilərik? İnsanların rifahını başqa formada necə qaldıra bilərik? Başqa alət yoxdur. Əgər varsa, mən iqtisadçı aliməm, başqa formada necə ola bilər? Bazar iqtisadiyyatıdır və buna uyğun formada işlər qurulur”.

Xəbərlər