Siyasət 29 Mart 2023, 11:58 | Baxış sayı: 135
“Millət vəkilinə atəş açan şəxs və ya qruplaşmalar dövlətimiz tərəfindən cəzasını alacaq”

“Həmkarım Fazil Mustafaya edilmiş sui-qəsdi qətiyyətlə qınayır və qısa zamanda bu işin icraçısının və sifarişçilərinin cəzalanacağına inanıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Müşfiq Cəfərov bildirib.

 

“Millət vəkilinə atəş açan şəxs və ya qruplaşmalar dövlətimiz tərəfindən cəzasını alacaq! Azərbaycanda bu cür təxribatlar törədənlər bilmədilər ki, bu ölkədə sabitlik və əmin-amanlıq hər zaman hökm sürüb və sürəcək! Fazil bəyə ən qısa zamanda sağalaraq ayağa qalxmasını diləyirəm”, - M.Cəfərov qeyd edib.

Xəbərlər