Millət vəkili Könül Nurullayeva sakinlərlə görüşüb.
Millət vəkilinin Deputat Qərargahından Trend-ə verilən məlumata görə, həftə ərzində ümumilikdə 26 müraciət daxil olub, 9 nəfər isə canlı qəbul zamanı dinlənilib.
Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K.Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər işlə təminat və məşğulluq, maddi yardımın edilməsi, binalarda təmir-tikinti və abadlıq məsələləri, eləcə də, sakinlərin səhhətində yaşanan problemlərlə bağlı müraciətlər kimi qruplaşdırılıb.
K.Nurullayeva Deputat Qərargahına şəhid ailələri və qazilərindən də mütəmadi müraciətlərin edildiyini bildirib: “Biz şəhid və qazi ailələrinin müraciətlərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin ən tez zamanda həllini tapması üçün aidiyyatı qurumlara müraciətlərimizi ünvanlayırıq”.
Bütün vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara göndərəcəyini də bildirib.