Cəmiyyət 6 May 2021, 20:34 | Baxış sayı: 344
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Trend-in məlumatına görə, həftə ərzində ümumilikdə 25 müraciət daxil olmuş, 10 nəfər isə canlı qəbul zamanı dinlənilmişdir.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi və bina infrastrukturların bərpası kimi qiymətləndirilib.

Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Vətəndaş müraciətlərinin tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanacağı bildirilib. Deputat K. Nurullayeva həmçinin şəhid və qazi ailələrindən daxil olan mütəmadi müraciətləri nəzərə aldığını və bu istiqamətdə davamlı işlər gördüyünü vurğulayıb.

Xəbərlər