Plenar iclaslar 31 May 2022, 16:34 | Baxış sayı: 156
"Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu iclası başa çatıb".

Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

APA xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin yaz sessiyası işini yekunlaşdırıb.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.

Xəbərlər