İnfoqrafika 27 Dekabr 2022, 16:46 | Baxış sayı: 182
"Milli Məclisin sosial şəbəkə hesabları kimləri izləyir?"

"Meclis.info" Milli Məclisin sosial şəbəkə hesablarının monitorinqini təqdim edir.

10600 izləyicisi olan Milli Məclisin instagram səhifəsi sadəcə 8 profili izləyir. Bunlar Presidentaz, Mehriban Əliyeva, Leyla Əliyeva (2 profil), Heydər Əliyev, Sevil Əliyeva, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin səhifələridi. 63 deputatın instagram səhifəsi olmasına baxmayaraq, Milli Məclisin səhifəsi onlardan heç birini izləmir.
Milli Məclisin rəsmi twitter səhifəsini 2331 profil izləyir. Milli Məclis isə sadəcə 11 profili izləyir. Bunlar
İlham Əliyevin ingiliscə və azərbaycan dilində 2 profili, Sahibə Qafarovanın ingilis və azərbaycan dilində 2 profili,Mehriban Əliyeva, Hikmət Hacıyev, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Prezident Administrasiyası,Türkiyə Milli Məclisinin sədri Mustafa Şentop. Twitterdə 63 deputatın hesabı olmasına baxmayaraq Milli Məclisin səhifəsi sadəcə sədr Sahibə Qafarovanı izləyir.
Facebookda isə Milli Məclisin səhifəsini 6300 profil izləyir. 106 deputatın facebook hesabı olsa da, Milli Məclis sadəcə sədr Sahibə Qafarovanı izləyir.

Xəbərlər