"Milli Məclisin komitə iclasında su ilə bağlı çıxış etdim, birmənalı qarşılanmadı, çıxışım “tik-tok”a da düşmüşdü”
"Milli Məclisin komitə iclasında su ilə bağlı çıxış etdim, birmənalı qarşılanmadı, çıxışım “tik-tok”a da düşmüşdü”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Vergini qəpik-qəpik yığırıq. Büdcədən gedən pullar verginin, gömrüyün yığdığı pullardır. Yeni yaradılan su idarəsinə (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) köməklik edək ki, hər yerdə sayğaclar quraşdırılsın və hər kəs pulunu ödəsin", - deyə o qeyd edib.
"Bəzi yerlərdə bəzi məmurlar vətəndaşa problem yaradır. Ola bilsin məmur işini bilmir, yaxud məmur imam övladı deyil. Gömrük və vergi ilə bağlı ölkədə müsbət fikirlər formalaşıb. Sahibkarlarla mütəmadi danışıram, görüşürəm və bildirirlər ki, gömrük və vergi sahəsində müsbət irəliləyişlər var”, - deyə R.Quliyev əlavə edib.