Plenar iclaslar 29 Avqust 2022, 12:22 | Baxış sayı: 197
Milli Məclisin deputatları sabah tətildən qayıdacaqlar.

Milli Məclisin deputatları sabah tətildən qayıdacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Daxili Nizamnamənin birinci maddəsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da baş tutacaq. Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Mənbə: Report.az

Xəbərlər