"Milli Məclisdə danışıb-danışmamağım seçicilərim ilə mənim aramda olan məsələdir".
Cəmiyyət
24 Avqust 2022, 14:29 | Baxış sayı:
259
Meclis.info-nun ötən günlərdə apardığı monitorinqlərə əsasən yayımlanan məlumatda 2021-ci il ərzində Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayan deputatların siyahısı yer alırdı. Həmin deputatlardan biri Rasim Musabəyov Pravda.az saytına bununla bağlı açıqlama verib: “Mən heç bir sayta açıqlama və yaxud da siyasi şərh vermirəm. Mənim Milli Məclisdə danışıb-danışmamağıma gəlincə isə bu seçicilərim ilə mənim aramda olan məsələdir və buna seçicilərim qiymət verəcəklər. Kim necə və nə formada siyahı tərtib edirsə, bu da onun öz işidir”.