Ümumi 21 Dekabr 2022, 13:09 | Baxış sayı: 111
"Milli maraqlar arxivlərin 100 il qapalı qalmasını tələb edirsə, deməli, belə də olmalıdır"

Azərbaycanda arxivlərin açılması məsələsi yenidən gündəmə gəlib. Bildirilir ki, arxivlər açılsa, Milli Məclisin bəzi deputatları, onların ata-babaları barədə də bir sıra sənədlər ortaya çıxacaq. Qanunverici orqanın üzvlərinin bəziləri arxivlərin açılmasının tərəfdarıdır.

 

Deputat Rüfət Quliyev isə Pravda.az-a açıqlamasında deyib ki, dövlət sirlərinin açılmasının vaxtı var və bu, xüsusi xidmət orqanlarına da aiddir.

 

“Elə sirlər var ki, 50 ildən, eləsi var, 75-100 ildən sonra açıla bilər. Burada milli maraqlar söhbəti var. Milli maraqlar arxivlərin 100 il qapalı qalmasını tələb edirsə, deməli, belə də olmalıdır. Mən bu cür düşünürəm. Hər şey milli maraqlara bağlıdır”, - R.Quliyev bildirib.

Xəbərlər