Plenar iclaslar 12 Oktyabr 2022, 15:42 | Baxış sayı: 120
Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılır. Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən ediləcək.

Müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Xəbərlər