"Məhkəmədə baxılan işlərin 50%-dən çoxu narkotiklə bağlıdır"
Bu qanun elastik deyil, xüsusilə az miqdarda narkotik vasitələrdən söhbət gedəndə rəqəmlərin daha elastik verilməsi yaxşı olar.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna təklif edilən dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, belə variant məhkəmə praktikasında halların araşdırılmasına da şərait yaradır: “Bu rəqəmlərin dəqiq verilməsi hakimlərin işini xeyli çətinləşdirir. Biz narkotiklə mübarizəyə ictimaiyyəti effektiv cəlb edə bilmirik. Məhkəmədə baxılan işlərin 50%-dən çoxu narkotiklə bağlıdır. Penitensiar Xidmətlə maraqlansaq, məhbusların çoxu bu qanun pozuntusu ilə bağlıdır. Xeyli hakim bizə şikayət edir ki, rəqəmlər elastik olarsa, ağır cəza verməmək olar. Bu da həmin insanların müalicəsi, islah işlərinə cəlb edilməsinə şərait yarada bilər”
APA