Plenar iclaslar, Qanun Layihələri 15 Aprel 2022, 12:30 | Baxış sayı: 211
Məhkəmə icraatının elektron qaydada aparılması təkmilləşdirilir.

Məhkəmə icraatının elektron qaydada aparılması təkmilləşdirilir.

Meclis.info-nun xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda elektron qaydada cinayət mühakimə icraatı prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.
Dəyişikliyə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraat  da “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılacaq. Belə ki, məhkəmələrlə yanaşı təhqiqat, istintaq, prokurorluq orqanlarının informasiya sistemləri sənədlərin mübadiləsi üçün “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbərlər