KOMİTƏ İCLASLARI 6 Fevral 2023, 12:06 | Baxış sayı: 146
"Media subyektlərinin vergidən azad olunma müddəti 5 il olsun"

Media ilə bağlı vergidən azadolma niyə 5 il yox, 3 ildir?

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.

“Hesab edirəm ki, 3 il azdır. 3 il müddətinin 5 ilə müddətinə çatdırılmasını vacib hesab edirik”, - deyə Əli Məsimli əlavə edib.

Deputat vurğulayıb ki, atılan addımlar medianın vəziyyətini yaxşılaşdırılmasına, cəmiyyətdəki rolunun artırılmasına yardım edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Eyni zamanda media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir.

Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Xəbərlər