Siyasət 16 Oktyabr 2023, 13:58 | Baxış sayı: 190
"MDB ədalətin bərpasına diqqəti artırmalıdır"

Azərbaycan - Qırğızıstan  dövlətləri arasında iqtisadi, humanitar, sosial - mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur və gələcək inkişaf üçün yeni perspektivlər açır. MDB Dövlət Başçılar Şurasının Bişkekdə keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırlatmış və MDB çərçivəsində əməkdaşlığın yaxşılaşdırılmasının önəmli olduğunu bildirmişdir.                    

Son illər Qırğızıstanla əlaqələr yüksələn xətt üzrə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərin MDB daxilində də münasibətlərin yaxınlaşdırılması, əməkdaşlığın mühüm platformalarının hazırlanması hər iki dövlət üçün söz sahibi olmaq imkanlarını artırır, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına zəmin yaradır.    Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanmış, Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən nüfuzlu və inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün dünya ölkələri Azərbaycanla münasibətlər qurmaqda maraqlıdırlar. MDB dövlətlərinin bir araya gəlməsi bu baxımdan əhəmiyyətlidir.                      

Bişkek səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı dövlət rəhbərləri bu fikirdə olduqlarını bir daha bildirmişlər. Dövlətimizin rəhbəri qeyd etmişdir ki, bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində  əməkdaşlıq üzrə nəticələr olduqca yaxşıdır. Çoxlu layihələr var.                    

Səsləndirilən fikirlər MDB ölkələrinin bir məqsəd uğrunda birgə mübarizə aparılmasına ehtiyacın olduğunu şərtləndirir  və əlbəttə keçirilən hər bir görüş, irəli sürülən səmərəli təkliflər və həyata keçirilən tədbirlər birliyin möhkəmləndirilməsinə yönəldilmişdir və bu təqdirəlayiqdir.

demokrat.az

Xəbərlər