İnfoqrafika 19 Aprel 2023, 16:52 | Baxış sayı: 196
"Mart-aprel aylarında fəaliyyətini dayandıran siyasi partiyaların sayı 14-ə çatıb"

“Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra bu ilin mart ayının 2-sindən etibarən Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 14-ə çatıb. 

Qeyd edək ki, Azərbaycanda rəsmi qeydiyyatı olan 59 siyasi partiya var idi. Onlardan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Yeni Yol Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Müstəqil Xalq Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Xəbərlər