Cəmiyyət 25 Oktyabr 2022, 16:32 | Baxış sayı: 268
"Mandatımdan imtina edib-etməyəcəyim hələlik müzakirə mövzusu deyil"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezident postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.

"Report"un xəbərinə görə, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələki müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeyd edək ki, AMEA-nın oktyabrın 25-də keçirilən Ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Xəbərlər