Siyasət 12 İyul 2023, 15:40 | Baxış sayı: 143
“Makron kimi şovinist siyasətçilər bu çağırışlardan nəticə çıxarmaq əvəzinə əksinə ermənilərə dəstək verirlər”

“Erməni kilsəsi əsrlər boyu erməni terrorçuları, təcavüzkarları ilə birlikdə olub və bu gün də kilsə xadimlərinin qatillərə, qaniçənlərə qətlər, insan qırğınları törədilməsi üçün xeyir - dua verməsi təəccüb doğurmamalıdır. Qarabağda törədilən ağır cinayətlərdə erməni kilsəsinin böyük rol oynadığı hər birimizə yaxşı məlumdur və erməni kilsəsi fəaliyyətdə olduğu bütün dövrlərdə insanları, erməni əhalisini azərbaycanlılara, türklərə qarşı amansız, qəddar ruhda tərbiyə etmiş, terror əməlləri ilə silahlandırmışdır. Erməni din xadimləri türkün, azərbaycanlıların qanının axıdılmasından, şəhər və kəndlərimizin viran qoyulmasından ləzzət aldıqlarını dəfələrlə açıq - aydın ifadə etmişlər. Bu gün Moskvada Erməni Arostol Kilsəsində yeni “ARBAT” adlı erməni batalyonunun yaradılması və onun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir - dua alması erməni kilsəsinin mənfur, çirkin, dinə, Tanrıya zidd əməllərini, davam etdirdiyini göstərir. Bu erməni kilsəsinin Ukrayna ərazisində müharibəni dəstəkləməsinə sübutdur”.

 

Bunu deputat Tahir Rzayev bildirib.

 

“Kilsənin dinc Ukrayna əhalisini qırmağa, şəhər və kəndləri xarabazarlığa çevirməyə yollanan terrorçuların təşkilatlanmasında, səfərbər olunmasında fəal iştirak etməsi həm dinə, həm də bəşəri dəyərlərə ziddir.  Faktlar sübut edir ki, erməni döyüşçüləri dinc Ukrayna əhalisinə qarşı soyqrımlarda fəal iştirak edir və bu məqsədlə kilsədən dəstək alır. Sözsüz ki, bu dəstək pulla ödənilir və erməni döyüşçülər aldıqları vəsaitlər hesabına hər bir cinayətə, terrora hazırdırlar. Daim belə olub və bu gündə belədir. Çox təəssüfləndirici haldır ki, beynəlxalq təşkilatlar, Ermənistana dəstək verən ölkələr ermənilərin bu anti - bəşəri əməllərini görmür, təcavüzkar ölkə haqqında lazımı ölçü götürülmür. Özünü yazıq, başıaşağı, məzlum kimi göstərən erməni təcavüzkarlarının, din xadimlərinin əməllərinə lazımı münasibət bildirib qiymət verilmir.   Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyev Ermənistanın mənfur niyyətlərini, təcavüzkarlıq əməllərini dəfələrlə beynəlxalq tribunalardan səsləndirmiş, qatilləri öz çirkin siyasətlərindən əl çəkməyə səsləmişdir. Təəssüflər olsun ki, Fransa başda olmaqla, Emmanuel Makron kimi şovinist siyasətçilər bu çağırışlardan nəticə çıxarmaq əvəzinə əksinə ermənilərə dəstək verirlər, onları dünyaya əzilən, incidilən xalq kimi təqdim edirlər. Ancaq pərdə yırtıldıqca, faktlar aşkarlandıqca Ermənistanın xəyanətkar, cinayətkar bir dövlət olduğu üzə çıxır və Ukraynaya erməni batalyonunun göndərilməsi bunun aydın nümayişidir”, - T.Rzayev qeyd edib.  

pravda.az

Xəbərlər