Plenar iclaslar 2 May 2023, 13:20 | Baxış sayı: 93
"Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır"

“Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Rüfət Quliyev bildirib.

 

Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: “Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Bu problemlə bağlı Lənkəran Şəhər Polis İdarəsinin rəisinə də müraciət etmişəm, kömək edir. Ancaq radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın”./APA

Xəbərlər